23:17 19-09-2021
news_image
141
FUTBOL

7 ildən sonra – penalti qaytardı

“Mançester Yunayted”in qapıçısı David de Xea uğursuz seriyaya son qoyub.

Apasport.az saytının məlumatına görə, ispaniyalı qolkiper uzun fasilədən sonra çempionat matçında penalti dəf edib.

Bu, “Vest Hem”lə V turun qarşılaşmasına təsadüf edib. De Xea sonuncu dəfə 2014-cü ilin oktyabrında penalti qaytara bilmişdi. 7 illik həsrətə son qoyan qapıçı bu müddətdə 21 zərbə qarşısında aciz qalıb.

Qeyd edək ki, mançesterlilər Londondakı qarşılaşmada 2:1 hesablı əzmkar qələbə qazanıb.