21:23 19-09-2021
news_image
320
FUTBOL

Polşa çempionatında ilk qol – Mahir Emrelidən

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa çempionatında ilk qolunu vurub.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu “Qornik”lə bu gün keçirilən VIII turun qarşılaşmasında fərqlənib.

Meydana fasilədən sonra daxil olan Mahir görüşün 79-cu dəqiqəsində qol sevinci yaşayıb. Varşava təmsilçisi ev oyununda 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, bu, Emrelinin Polşa çempionatında 5-ci matçı olub. O, bunadək avrokuboklarda 5, Superkubokda 1 qola imza atsa da, çempionatda fərqlənməmişdi.