09:06 20-09-2021
news_image
139
FUTBOL

Yeni müqavilə hazırlığı – “Bavariya”da

“Bavariya” hücumçusu Serj Qnabri ilə yeni müqavilə imzalamaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Münhen klubu 26 yaşlı ön xətt oyunçusu ilə danışıqlar aparır.

Hər iki tərəf sözləşmənin uzadılmasının tərəfdarıdır. Bundesliqa təmsilçisi Almaniya millisinin üzvünün 2023-cü ilə qədər olan anlaşmasını daha 3 illik uzatmağı planlaşdırır. Danışıqların müsbət məcrada getdiyi və razılığın əldə olunacağına şübhə olmadığı bildirilib.

Qeyd edək ki, Serj Qnabri cari mövsüm 8 oyunda 3 qol vurub.