15:42 20-09-2021
news_image
103
FUTBOL

800-cü oyun – “böyük beşlik”də

Karlo Ançelotti “Böyük beşlik” liqalarında 800-cü oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, “Real”ın italiyalı çalışdırıcısının yubileyi La Liqanın V turuna təsadüf edib.

Həmin matçda onun yetirmələri “Valensiya”ya 2:1 hesabı ilə qalib gəlib. Bu, Ançelottinin “Real”la La Liqada 81-ci matçı olub.

O, İtaliyada “Parma” (68), “Yuventus” (84), “Milan” (283) və “Napoli”də (53), İngiltərədə “Çelsi” (76) və “Everton”da (58), Fransada PSJ-də (57), Almaniyada “Bavariya”da (40) çalışıb.