13:08 20-09-2021
news_image
134
FUTBOL

Yeni baş məşqçisi bilindi – Namik Ələskərovun

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun formasını geyindiyi “Bursaspor”un yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, TFF I Liqa təmsilçisi bu posta Tamer Tunanı gətirib.

Rəhbərlik 45 yaşlı mütəxəssislə danışıqlar zamanı onun razılığını ala bilib. Futbolçu karyerası ərzində “Bursaspor”un da formasını geyinmiş Tuna birillik fasilədən sonra məşqçilik karyerasını bərpa edib. O, sonuncu dəfə ötən il “Antalyaspor”u çalışdırıb.

Qeyd edək ki, “Bursaspor” 6 turdan sonra 5 xalla 15-ci pillədə qərarlaşır.