13:20 20-09-2021
news_image
436
TOP OYUNLARI

Avrokuboklar üçün iştirak ərizəsini göndərdi – Azərbaycan klubu

Avropa kubokunda çıxış edəcək qadın həndbolçulardan ibarət “Azəryol”un iştirak ərizəsi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, avrokubokların 2021/22 mövsümündəki yeganə təmsilçimiz sifariş vərəqini Avropa Həndbol Federasiyasına (EHF) göndərib.

2-ci raundda Yunanıstanın “AEP Panorama” klubu ilə görüşəcək “Azəryol”un heyətində 17 həndbolçu yer alıb. Onlardan 3-ü qapıçı, 14-ü sahə oyunçusudur. Komandanın heyətində yalnız bir legioner var. Bu da uzun müddətdir ölkəmizdə çıxış edən Alina Kuznetsovadır.

Qapıçılar: Pərvin Aslanova, Azaliya Həsənova, Mədina Musayeva;
Sahə oyunçuları: Fəridə Əliyeva, Mehparə Əliyeva, Alyona Barbakadze, Kamilə Bayramova, İranə Qasımova, Rəna Həsənova, Elnarə İbrahimova, Alina Kuznetsova, Minayə Məmmədova, Səkinə Musayeva, Anastasiya Obuxova, Ülviyyə Şərifova, Sabina Smaqina, İnarə Yusibova

Qeyd edək ki, “Azəryol” və “AEP Panorama” arasında hər iki matç Salonikidə təşkil olunacaq. Oktyabrın 23-dəki matçda yunanıstanlılar, ertəsi gün təmsilçimiz meydan sahibi olacaq.