14:41 20-09-2021
news_image
92
FUTBOL

250 və 150-ci oyunlar – paytaxt derbisində

Premyer Liqanın IV turunun “Neftçi” – “Keşlə” oyunu (3:0) iki futbolçu üçün yubileylə əlamətdar olub. 

Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, meydan sahiblərində Voyislav Stankoviç, qonaqlarda İlkin Qırtımov yubiley matçına çıxıb.

Görüş İlkinin Premyer Liqada 250-ci qarşılaşması olub. 31 yaşlı müdafiəçi bu oyunlarda 6 qol vurub. Debütü 2009/10 mövsümünə təsadüf edən Qırtımov “Simurq”, “Neftçi”, “Zirə” və “Keşlə”də meydana çıxıb.

“Neftçi”nin 34 yaşlı serbiyalı legioneri 150 matçda 6 qol vurub. 2014/15 mövsümündə debüt edən Stankoviç “Keşlə”, “Qəbələ” və “Neftçi”nin formasını geyinib.