16:53 20-09-2021
news_image
107
FUTBOL

Yeni müqavilə arzusunda – “Mançester Yunayted”

“Mançester Yunayted” yarımmüdafiəçisi Cessi Linqardla bağlı qərarını dəyişib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi hücumameyilli oyunçunu saxlamaq fikrinə düşüb.

Bir müddət əvvəl 28 yaşlı pleymeykeri satmağı planlaşdıran “qırmızı şeytanlar” indi yeni müqaviləyə çalışır. Baş məşqçi Ole-Qunnar Sulşerin də qalmasını istədiyi oyunçu ilə danışıqlara start verilib.

Qeyd edək ki, Cessi Linqardın “Mançester Yunayted”lə müqavilə müddəti mövsümün sonuna qədərdir.