19:16 20-09-2021
news_image
203
DİGƏR NÖVLƏR

Koronavirusa yoluxan jurnalist Elnur Əşrəfoğlu süni tənəffüs aparatına qoşulub

Tanınmış jurnalist Elnur Əşrəfoğlu koronavirusa yoluxub və "Yeni klinika"nın reanimasiya şöbəsinə yerləşdirilib.

"Yeni klinika"dan APA-ya verilən məlumata görə, Elnur Əşrəfoğlu 4 gündür reanimasiyadadır.

Xəstədə 85% ağciyər tutulması, kəskin tənəffüs çatışmazlığı, böyrək çatışmazlığı müşahidə edilir. Hazırda süni tənəffüs aparatı dəstəyindədir. Saturasiyası 70 faizdir. Ümumi vəziyyəti qənaətbəxş deyil.