19:41 20-09-2021
news_image
97
FUTBOL

Tamaşaçılarsız oynayacaq – Fransa klubu

“Lans” və “Lill” klubları cəzalanıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Fransa Futbol Federasiyasının Nizam-İntizam Komitəsi verib.

Cəzaya səbəb VI turun qarşılaşmasında baş verənlərdir. İkinci hissənin əvvəlində “Lans” azarkeşləri meydana axışaraq rəqib fanatların əyləşdiyi tribunalara soxulmağa cəhd edib.

Bu üzdən matç dayandırılıb. Polis və stadion əməkdaşları aranı sakitləşdirdikdən sonra görüş başa çatdırılıb.

Federasiya hər iki klubu cəzalandırıb. “Lans” növbəti iki ev oyununu boş tribunalar önündə keçirəcək. “Lill” isə növbəti səfər matçında fanatlarının dəstəyindən məhrum edilib.

“Lans” “Strasburq” və “Reyms”lə görüşlərdə azarkeşsiz qalacaq. “Lill”in də cəzası strasburqlularla matça təsadüf edəcək.

Qeyd edək ki, qalmaqallı matçda “Lans” 1:0 hesablı qələbə qazanıb.