11:53 11-10-2021
news_image
1533
FUTBOL

AFFA Çalhanoğlunu milliləşdirmək üçün “qollarını çırmaladı” – YALNIZ BİZDƏ

AFFA milliləşdirmə üçün futbolçu axtarışlarını davam etdirir.

Apasport.az saytı xəbər verir ki, yığmanın nəticələrindən narazı qalan assosiasiya növbəti turnirə qədər heyətin gücləndirilməsini istəyir.

Bu səbəbdən qurum digər ölkələrdə çıxış edən futbolçularla danışıqları sürətləndirmək qərarına gəlib. Əldə etdiyimiz məlumata görə, AFFA-nın “qaraladığı” oyunçulardan biri də Almaniyanın “Şalke” klubunun yarımmüdafiəçisi Kərim Çalhanoğludur.

Menecerlər tərəfindən Rusiya və Türkiyə əsilli bir çox futbolçu təklifi alan futbolumuzun başbilənləri Çalhanoğlunun xidmətində özləri maraqlıdır. Türkiyə millisinin və “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlunun doğma əmisi oğlu olan Kərim isə qiymətini qaldırmaq üçün konkret cavab vermir. Təbii ki, ona çatacaq pul artırılsa, Azərbaycana gəlməkdə tərəddüd etməyəcək. 

Türkiyənin U-16, Almaniyanın isə U-16, U-17 və U-19 yığmalarının formasını geyinmiş 19 yaşlı sol cinah oyunçusu yığmamızda oynamaq üçün 2 milyon dollara yaxın pul “qoparmaq” istəyir. Tərəflər hələlik milliləşmə məsələsində razılığa gələ bilməyiblər.

Qeyd edək ki, Almaniyada “Mannheym”in yetirməsi olan Kərim Çalhanoğlu “Hoffenhaym” və “Şalke” akademiyalarında da çıxış edib. Həm müdafiənin, həm də yarımmüdafiənin sol cinahında oynamağı bacaran 19 yaşlı futbolçu II Bundesliqada mübarizə aparan “Şalke”nin əsas komandasında da meydana çıxır.