10:12 13-10-2021
news_image
150
FUTBOL

Mahir Emreli “Legiya”nın növbəti oyununda iştirak edəcək

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşa çempionatının növbəti turunda klubu “Legiya”nın heyətində meydana çıxa biləcək.

Apasport.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.

Bildirilib ki, DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə keçirilən matçdan (1:3) əvvəl koronavirus testi pozitiv çıxan 24 yaşlı forvardın ekspress-testi və PCR testi neqativ çıxdığından, onun iştirakında heç bir maneə qalmayıb.

Futbolçu Serbiya ilə qarşılaşmanı tribunadan izləsə də, Ekstraklasanın XI turunda “Lex”lə oyunda məşqçilər korpusunun sərəncamında olacaq. Həmin qarşılaşma oktyabrın 17-də keçiriləcək.