11:07 13-10-2021
news_image

Boksçularımızın Avropa çempionatı üçün heyəti - ADLAR

Oktyabrın 15-də Monteneqronun Budva şəhərində gənc boksçular arasında Avropa çempionatı start götürəcək.

Apasport.az-ın Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, 9 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Yığmamız çempionata baş məşqçi Əsgər Eyvazov, məşqçilər Əli İsmayılovla Şahin İmranovun rəhbərliyi altında 9 boksçu ilə yollanıb. Yarışda Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq), Kamil Babayev (54 kq), Tacı Tağızadə (57 kq), Zaur Qəhrəmanov (60 kq), Qulu Quliyev (63,5 kq), Nicat Qurbanov (71 kq), Fətəli İsmayılov (86 kq) və Rəşid Məmmədov (92 kq) qüvvəsini sınayacaq.

Budvada Fuad Aslanov isə hakim kimi ölkəmizin idman şərəfini qoruyacaq.

Qeyd edək ki, bu gün səfərə çıxan komandamız oktyabrın 24-də Bakıya qayıdacaq.