13:09 13-10-2021
news_image
978
FUTBOL

Baş məşqçidən AFFA-ya şikayət: onlar özlərini “pis aparırlar”

Canni De Byazi millinin bir qrup futbolçusundan AFFA-ya şikayətlənib.

Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, italiyalı çalışdırıcı adları bizə bəlli olan, amma müəyyən səbəblərdən açıqlamaq istəmədiyimiz oyunçuların özlərini düşərgədə “pis aparmasını” iddia edib.

65 yaşlı mütəxəssis bildirib ki, verdiyi tapşırıqların icrası onu narazı salır. Apenninli sükançı “futbolçu hovuzu”nun kiçik olduğunu, bu səbəbdən çıxışından məmnun qalmadığı kəsləri düşərgədən uzaqlaşdırmağa tərəddüd etdiyini söyləyib.

De Byazinin nişan verdiyi oyunçular yalnız yaşlı kollektiv üzvləri deyil. O, gənclərin də intizam sarıdan tələbləri yerinə yetirmədiyini deyib.