10:23 15-10-2021
news_image

Boksçularımızın Avropa çempionatındakı rəqibləri bilindi

Monteneqronun Budva şəhərində keçiriləcək gənc boksçular arasında Avropa çempionatının püşkü atılıb. 

Apasport.az saytının məlumatına görə, püşkə əsasən Azərbaycan millisinin üzvlərinin də rəqibləri bəlli olub. 

Bu gün start götürəcək çempionat 9 gün davam edəcək. Yarışın ilk günündə yığmamızın 1 boksçusu rinqə çıxacaq.  

15 oktyabr
1/16 final

Tacı Tağızadə (57 kq) – Qaroğlan Xancanov (Rusiya)

16 oktyabr
1/16 final

Nicat Qurbanov (71 kq) – Daniil Tsitko (Belarus)

17 oktyabr
1/8 final

Tural Sarıyev (48 kq) – Denis Belinki (Ukrayna)
Nicat Hüseynov (51 kq) – Kamiolo Alessio (Italiya)

18 oktyabr
1/8 final

Zaur Qəhrəmanov (60 kq) – Aleksandru Bindar (İtaliya)/Slavador Flores (İspaniya)
Qulu Quliyev (63,5 kq) – Andrey Mustet (Rumıniya)
Kamil Babayev (54 kq) – Krobeddu Fabio (İtaliya)

20 oktyabr
1/4 final

Fətəli İsmayılov (86 kq) – Narunas Qrebnevas (Litva)/Viktor Scutelniçuç (Moldova)
Rəşid Məmmədov (92 kq) – Manuçar Krihel (İsrail)