21:16 16-10-2021
news_image

Böyük Dəbilqə: Balabəy Ağayev qızıl, Hidayət Heydərov bürünc medal qazandı

Fransanın paytaxtı Parisdə cüdo üzrə Böyük Dəbilqə start götürüb.

Apasport.az saytının məlumatına görə, ilk gündə Azərbaycan millisinin 6 cüdoçusu mübarizə aparıb ki, onlardan yalnız biri finala qədər irəliləməyi bacarıb.

60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev müvafiq olaraq Yolan Florimon (Fransa), Genki Koqu (Yaponiya) və Sumiyabazar Enktaivana (Monqolustan) qalib gələrək finala yüksəlib. Həlledici görüşdə də rusiyalı Ramazan Abdullayevi üstələyən Ağayev turnirin qalibi olub.

73 kq çəkidəki təmsilçimiz Hidayət Heydərov da yarışı bürünc mükafatla tamamlayıb. 1/4 finalda məğlub olan Hidayət təsəlliverici görüşdə Denis Yatsevə (Rusiya), 3-cü yer uğrunda dueldə isə fransalı Giyom Şenə qalib gəlib.

Bu gün mübarizəyə qoşulan digər yığma üzvləri İbrahim Əliyev, İsmayıl İbrahimov (hər ikisi 66 kq), Telman Vəliyev (73 kq) və qadın cüdoçu İçinxorlu Muntsxedev isə yarışla erkən vidalaşıb.