22:19 17-10-2021
news_image
136
FUTBOL

Emreli və Krivotsyuk məğlubiyyətə üzüldü

Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Legiya”nın heyətində növbəti oyununa çıxıb.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı forvardın komandası Polşa Ekstraklasasının XI turunda “Lex”i qəbul edib.

Start heyətində meydana çıxan Emreli 65-ci dəqiqədə komandası hesabda geridə olarkən əvəzlənib. Qarşılaşma elə “Lex”in 1:0 hesablı qalibiyyəti ilə yekunlaşıb.

Yığmamızın digər üzvü Anton Krivotsyuk isə komandası Plok “Visla”sının öz meydanında “Poqon” üzərində 1:0 hesablı qələbəsini ehtiyatdan izləyib.

Bu nəticələrdən sonra “Visla” 13 xalla 11-ci, “Legiya” isə 9 xalla 15-ci pillədə qərarlaşıb.