12:24 22-10-2021
news_image

İki boksçumuz Avropa çempionatında bürünc medal qazandı

Monteneqronun Budva şəhərində gənc boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin döyüşlərinə start verilib. 

Apasport.az saytının məlumatına görə, finala vəsiqə üçün Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb. 

Boksçularımızdan Nicat Hüseynov (51 kq) üçüncü sınağında rusiyalı Ruslan Pirovla üz-üzə gəlib. Gərgin keçən görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Digər təmsilçimiz Kamil Babayev (54 kq) də yarımfinalda büdrəyib və gürcüstanlı Giorgi Sajaya həlledici qarşılaşmaya vəsiqə qazanıb. 

Nəticədə hər iki boksçumuz Avropa çempionatını bürünc medalla başa vurub. 

Qeyd edək ki, final görüşləri oktyabrın 23-də keçiriləcək.