09:32 28-10-2021
news_image
159
FUTBOL

“Bavariya” 43 ildən sonra böyük hesabla məğlub oldu – 0:5

“Bavariya” Almaniya kubokunu 1/16 final mərhələsində Mönhenqladbax “Borussiya”sına böyük hesabla məğlub olub.

Apasport.az saytının məlumatına görə, münhenlilər uzun fasilədən sonra darmadağına üzülüb.

Səfərdə 0:5 hesablı məğlubiyyətə düçar olan “Bavariya” 43 ildən sonra ilk dəfə belə biabırçı yenilgi alıb. Komanda sonuncu dəfə 1978-ci ilin dekabrında “Fortuna” önündə bu durumla üzləşib. Həmin vaxt Münhen təmsilçisi 1:7 hesabı ilə uduzub.

Qeyd edək ki, “Bavariya” axırıncı dəfə 2008-ci ildə “Verder” ilə qarşılaşmada 5 qol buraxıb (2:5).