12:04 25-11-2021
news_image
126
FUTBOL

"Zirə"də ayrılıq - 3 aylıq əcnəbi

“Zirə” qış fasiləsi olmamış heyətində təmizləmə işlərinə başlayıb.

Apasport.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, artıq bir futbolçu ilə yollar ayrılıb.

Paytaxt təmsilçisi şimali makedoniyalı yarımmüdafiəçisi Georgi Stoilovla vidalaşıb. 26 yaşlı orta sahə oyunçusunun 2023-cü ilin yayına qədər olan müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, “Zirə” Georgi Stoilovu bu ilin avqustunda Qoran Pandev Akademiyasından heyətinə cəlb edib.