13:26 25-11-2021
news_image
119
FUTBOL

“Barselona” danışığa rəsmən başladı

“Barselona” gənc futbolçuları ilə yeni müqavilə imzalama ənənəsini davam etdirir.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu akademiyanın daha bir yetirməsi ilə danışıqlara rəsmən başlayıb.

Rəhbərlik yeni baş məşqçi Xavi Ernandesin tapşırığı əsasında yarımmüdafiəçi Qavi ilə sözləşmənin uzadılmasını müzakirə edib. 17 yaşlı orta sahə oyunçusunun meneceri İvan de la Penya rəhbərliklə ilk görüşünü keçirib. La Liqa təmsilçisi ona məvacibinin artırılması şərtilə yeni sözləşmə təklif edib. Tərəflər arasında danışıqlar il ərzində davam edəcək.

Qeyd edək ki, Qavi bu ildən “Barselona”nın əsas komandasına cəlb olunur.