17:18 29-11-2021
news_image
339
DİGƏR NÖVLƏR

Azərbaycan Respublikasının gənclər və idman nazirinə yeni müavinlər təyin edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli Sərəncamları ilə İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər.

Apasport.az saytının məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli, digər Sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva gənclər və idman nazirinin müavini vəzifələrinə təyin ediliblər.