10:23 03-12-2021
news_image
7759
FUTBOL

Rövnəq Abdullayevdən Qurban Qurbanovla bağlı QƏRAR

AFFA İcraiyyə Komitəsinin dünən keçirilən iclasında Azərbaycan millisinin baş məşqçi postuna daha bir namizədin müzakirəsi aparılıb.

Apasport.az saytının əldə etdiyi məlumata görə, bu, nə Rəşad Sadıqov, nə də Tərlan Əhmədov olub.

Komitə üzvləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun yenidən yığmanın sükanı arxasına keçmə məsələsini gündəmə gətirib. Fikir mübadiləsindən sonra AFFA prezidenti Rövnəq Abdullayev “Qarabağ”ın Avropa arenasındakı uğurlu çıxışını diqqətə çatdıraraq, Ağdam klubuna bu yolda mane olmamağın məqsədəuyğun olduğunu söyləyib.

Üstəlik, Qurbanovun iki işi eyni anda görməsinin acı təcrübəsi də qərarda böyük rol oynayıb. Yekunda təcrübəli mütəxəssisə hələlik “dəyməmək”, bu məsələnin gələcəkdə yenidən gündəmə gətirilməsi qərara alınıb.

Qeyd edək ki, AFFA müqavilə müddəti yenicə başa çatan Canni de Byazi ilə gələn ilin oktyabrına qədər yeni sözləşmə imzalayıb.