11:28 03-12-2021
news_image
1756
FUTBOL

“Slaviya” Mahir Emrelini istəyir - “Legiya” uğursuz olsa gedə bilər

Azərbaycan millisinin futbolçusu Mahir Emreli komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, Çexiya mətbuatı “Legiya”nın hücumçusunun bu ölkəyə köçmə ehtimalının olduğunu yazıb.

Bildirilib ki, 24 yaşlı forvard Praqa “Slaviya”sının maraq dairəsinə düşüb. Emrelinin oyunlarını izləyən “Slaviya”nın baş məşqçisi Yindrjix Trpişovski onu sərəncamında görmək arzusundadır. “Legiya” Polşa çempionatındakı hazırkı vəziyyətdən çıxa bilməsə və avrokuboklarda mübarizəni dayandırsa, varşavalılar Emrelini satmağı nəzərdən keçirə bilər.
 
Qeyd edək ki, “Legiya”ya bu ilin yayında “Qarabağ”dan keçən Mahir Emrelinin müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.