00:24 06-12-2021
news_image
2179
FUTBOL

Mahir Emrelinin uğursuz 59 dəqiqəsi

Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Legiya”nın heyətində növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı forvardın komandası Polşa Ekstraklasasının XVII turunda səfər matçına çıxıb.

“Krakoviya”nın qonağı olan Varşava təmsilçisinin heyətində ilk dəqiqələrdən meydanda olan Mahir 59 dəqiqə mübarizə aparıb. Forvard komandası 0:1 hesabı ilə geridə olarkən əvəzlənib. Qarşılaşma elə bu hesabla da yekunlaşıb.

Səfərdən məğlub dönən "Legiya" hazırda 12 xalla 18 komanda arasında təhlükəli zonada - turnir cədvəlinin 16-cı pilləsində qərarlaşır.