13:14 06-12-2021
news_image
330
FUTBOL

“Neftçi”də tələb: “Hamınız istefa verməlisiz”

“Neftçi”nin cari mövsümdəki qeyri-stabil çıxışı klubun azarkeşləri tərəfindən narazılıqla qarşılanır.

Apasport.az saytının məlumatına görə, komandanın Premyer Liqanın XIII turunda “Sumqayıt” önündəki performansı da tənqid obyektinə çevrilməsinə səbəb olub.

Xüsusən də, “Forza Neftçi” fan-klubu 0:0 hesablı bərabərliyin ardından uğursuzluğun günahını rəhbərlik və baş məşqçi Samir Abasovda görüb. Fan-klubun rəhbəri Sübhan Əliyev feysbuk səhifəsindəki paylaşımı zamanı komandanı bu duruma salanları istefaya səsləyib: “Hamınız istefa verməlisiz, hamınız!!! Klubu bu günə qoyan hər kəsin Allah bəlasını versin”.

Fanatlar təcili şəkildə klubda radikal dəyişikliklərin olunmasını tələb ediblər. Əks təqdirdə, qeyri-stabil çıxış davam edərsə, azarkeşlər komandadan üz döndərmək, oyunlara getməmək barədə düşünür.

Qeyd edək ki, 13 turda aktivinə 21 xal toplayan son çempion turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır.