22:03 06-12-2021
news_image
243
FUTBOL

“Qarabağ”ın rəqibi: “Bakıda liderlik etmək əlavə motivasiya oldu”

“Kapitanlıq sarğısını ilk dəfə “Qarabağ”la oyunda taxdım”.

Apasport.az saytının məlumatına görə, bunu “Omoniya”nın müdafiəçisi Adam Lanq deyib.

Macarıstanlı futbolçu Konfrans Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”la Bakıda keçirilən (2:2) qarşılaşmada meydana kapitan kimi çıxmasını karyerası üçün əlamətdar hadisə sayıb: “Qarabağ”la oyundan əvvəlki matçda əvəzlənən kapitan sarğını mənə verdi. Bakıda isə ilk dəqiqələrdən kapitan kimi meydana çıxmaq, komandaya liderlik etmək əlavə motivasiya oldu. Baş məşqçi Henninq Berq klubda üçüncü mövsümüm olduğu və Azərbaycanda meydana çıxan ən yaşlı oyunçu olduğum üçün bu addıma əl atdı”.

Qeyd edək ki, son tur öncəsi “Omoniya” 3 xalla H qrupunda üçüncü pillədə qərarlaşır. İkinci yerdə olan “Qarabağ”ın isə aktivində 11 xal var.