23:19 06-12-2021
news_image
158
FUTBOL

Millinin qapıçısı paytaxt klubuna keçir

“Tottenhem” heyətinə yeni qapıçı qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu əsas qolkiperi Uqo Lorisə rəqabət yaratmaq niyyətindədir.

London təmsilçisi bu məqsədlə İngiltərə yığmasının əlcək sahibi Cordan Pikfordun transferində maraqlıdır. “Tottenhem” bu keçidlə bağlı “Everton”la danışıqlara da başlayıb. Liverpullular 35 milyon avro tələb edir ki, bu da paytaxt klubunu qane edir.

Qeyd edək ki, Lorislə müqavilə 2023-cü ilin yayına qədər uzadılacaq.