15:36 06-12-2021
news_image
170
FUTBOL

Son 5 ilin antirekordu - “Sumqayıt”dan

“Sumqayıt” son 5 mövsümün antirekorduna imza atıb.

Apasport.az saytının məlumatına görə, “Gənclik şəhəri” təmsilçisi startdakı 13 matçda ən az qol vuran komandadır.

Ayxan Abbasovun yetirmələri cəmi 8 qola sevinib. Son 5 mövsümdə belə bərbad hücum xəttinə rast gəlinməyib.

Azərbaycan çempionatları tarixində 13 oyunda 8-dən az qol vuran sonuncu komanda 2016/17 mövsümündə olub. Həmin vaxt AZAL cəmi 5 qola sevinib. 2015/16 mövsümündə də AZAL 8, “Rəvan” 5 dəfə fərqlənib.

Qeyd edək ki, mövsümün əvvəlindəki 13 oyundakı çempionatlar tarixinin qol antirekordu “Turan”dadır. Tovuz klubu 2008/09 mövsümündə müvafiq dövrdə 3 qola sevinib.