16:03 06-12-2021
news_image
172
FUTBOL

Klub prezidenti həbs olundu - SƏBƏB

“Sampdoriya”nın prezidenti Massimo Ferrero həbs olunub.

Apasport.az saytının məlumatına görə, klub rəhbəri maliyyə cinayətlərində şübhəli bilinir.

İtaliya Maliyyə Qvardiyasının həbs etdiyi Ferreronun bu əməlləri “Sampdoriya” ilə bağlı deyil. Onunla birlikdə cinayətdə şübhəli bilinən daha 5 şəxs də tutulub. 

Qeyd edək ki, Ferrero 2014-cü ildən kluba rəhbərlik edir.