17:22 06-12-2021
news_image
175
FUTBOL

İnyesta 37 yaşında rəmzi komandaya düşdü

İspaniya millisinin sabiq futbolçusu Andres İnyesta Yaponiya çempionatının rəmzi komandasına daxil edilib.

Apasport.az saytının məlumatına görə, “Vissel Kobe”nin 37 yaşlı yarımmüdafiəçisi mövsümün “11-liy”inə layiq görülüb.

İnyesta çempionat ərzində 6 qol və 4 assistlə fərqlənib. Onun komandası mövsümü 3-cü pillədə başa vurub.

Qeyd edək ki, 2018-ci ildə “Vissel Kobe”yə azad agent kimi keçən Andresin müqaviləsi 2024-cü ildə başa çatacaq.