17:52 06-12-2021
news_image
159
FUTBOL

Premyer Liqada 6-cı - “Qarabağ”da 3-cü

İbrahima Vadji Premyer Liqanın cari mövsümündə ikinci dubluna imza atıb.

Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın hücumçusu “Sabah”la qarşılaşmada iki qol vurub.

O, 5:1 hesabı ilə bitən matçadək vurduğu hər iki topu “Neftçi”nin qapısından keçirmişdi. İbrahima cari mövsümdə bir dəfədən artıq dubl edən 6-cı oyunçudur.

Bu futbolçuların hərəsi iki qarşılaşmada buna nail olub. Dubl ustalarının yarısı “Qarabağ”ın üzvləridir.

Vadjiyə qədər Filip Ozobiç və Musa Qurbanlı da hərəyə 2 matçda iki qola sevinib. Digər üç oyunçu fərqli klubları təmsil edir.

“Neftçi”dən Tiaqo Bezera, “Zirə”dən Davit Volkov və “Sabah”dan Coy-Lens Mikels hərəyə iki dəfə fərqlənib. Lekin çempionatın ən yaxşı bombaridri olan Volkovun hesabında het-trik də var.