00:34 07-12-2021
news_image
318
FUTBOL

Zidanın PSJ-dən ilk tələbi

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan PSJ-nin sükanı arxasına keçməyin əleyhinə deyil.

Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssisin bunun üçün bəzi şərtləri var.

49 yaşlı çalışdırıcı Paris təmsilçisi ilə ilkin danışıq aparıb. O, həmyerlisi Arsen Vengerlə birlikdə çalışmaq arzusundadır. Zidan “Arsenal”ın sabiq baş məşqçisinin klubun strateji inkişafı ilə məşğul olmasını istəyir. 71 yaşlı Venger hazırda FİFA-da futbolun qlobal inkişafı departamentinin rəhbəri vəzifəsində çalışır.

Qeyd edək ki, PSJ-nin hazırkı baş məşqçisi Mauritsio Poçettinonun mövsümün sonunda “Mançester Yunayted”in sükanı arxasına keçməsi gözlənilir.