17:56 06-12-2021
news_image
138
FUTBOL

Ramos yenə “ofsaydda”

Daha bir futbolçunun Çempionlar Liqasının qrup mərhələsinin son turunu buraxacağı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, PSJ-nin müdafiəçisi Serxio Ramos yenə məşqçilər korpusunun sərəncamında olmayacaq.

35 yaşlı mərkəz müdafiəçisi sabah “Brügge” ilə evdə keçiriləcək qarşılaşmanı buraxmalı olacaq. Buna səbəb ispaniyalının əzələsində ağrılar olmasıdır. Ramos fərdi proqram əsasında çalışmalarını davam etdirəcək. Futbolçu məhz zədə səbəbindən yayda keçdiyi PSJ-də debüt matçına Fransa Liqa1-nin XV turunda “Sent-Etyenn”lə qarşılaşmada (3:1) çıxıb.

Qeyd edək ki, Serxio Ramosun fransızlarla müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.