10:12 14-12-2021
news_image
705
TOKİO-2020

Olimpiyaçılarımız qayığa mindiriləcək

Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasiminin keçiriləcəyi yer dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, tədbir stadionda deyil, Sena çayında təşkil olunacaq.

Komandaların nümayəndə heyətləri 160 qayığa yerləşdiriləcək. Bu qayıqlar Auqsterlits körpüsündən Yens körpüsünədək üzəcək. Mərasimi 600 mindən az olmayan sayda tamaşaçı izləyə biləcək.

Qeyd edək ki, açılış mərasimi 2024-cü il iyulun 26-da olacaq.