22:49 03-01-2022
news_image
542
TOP OYUNLARI

“Panatinaikos”un oyununda azərbaycanlı baş hakim

Azərbaycan voleybol hakimləri kişilər arasında Çelenc kubokunun görüşlərinə təyinat alıblar.

Apasport.az saytının məlumatına görə, təmsilçilərimiz 1/8 finalda iş başında olacaqlar.

Zaur Hacıyev yanvarın 12-də ilk oyunlar çərçivəsində “Episentr” (Ukrayna) – “Panatinaikos” (Yunanıstan) görüşündə baş hakim kimi iştirak edəcək. Konstantin Selin 6 gün sonra cavab matçları çərçivəsində “Halkbank” (Türkiyə) – “Union” (Avstriya) qarşılaşmasında ikinci hakim olacaq.

Qeyd edək ki, Azərbaycan klubları bu turnirdə iştirak etmir.