17:13 07-01-2022
news_image
2644
FUTBOL

“Qarabağ” axtardığı qapıçını Polşada tapdı – 3 illik müqavilə

“Yagelloniya”nın qapıçısı Luka Quqeşaşvili “Qarabağ”a keçib.

Apasport.az xəbər verir ki, bu barədə Gürcürstanın “goal.ge” saytı məlumat yayıb.

Bildirilib ki, 23 yaşlı qolkiperin Ağdam təmsilçisinə keçidi dəqiqləşib. Polşa klubunu tərk edən Gürcüstan millisinin üzvü “Qarabağ”la 3 illik müqavilə imzalayıb. Azərbaycan klubunun transfer üçün polşalılara nə qədər ödədiyi açıqlanmayıb.

Qeyd edək ki, Luka Quqeşaşvili son iki ili icarə əsasında ölkəsinin “Dila” klubunda keçirib.