18:24 11-01-2022
news_image
142
DİGƏR NÖVLƏR

Olimpiya mükafatçısı 29 yaşında öldü

London-2012 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Deon Lendor vəfat edib.

Apasport.az saytının məlumatına görə, 4X400 m məsafəyə qaçmaq üzrə Trinidad və Tobaqo yığmasının heyətində fərqlənən atlet 29 yaşında ölüb.

İdmançının ölümünün səbəbləri açıqlanmayıb. Lendor Olimpiadada olduğu kimi DÇ-2015-də estafetdə uğur qazanıb. O, bu yarışda gümüş mükafat əldə edib.

Qeyd edək ki, Lendor qapalı məkanlarda dünya çempionatlarında üç dəfə mükafatçılar sırasına düşüb. Bunlardan biri estafet, ikisi fərdi yarışlara təsadüf edib.