22:41 14-01-2022
news_image
157
FUTBOL

“Barselona”nın yay hədəfi

“Barselona”nın yay transfer hədəflərindən biri bəlli olub.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu Niklas Züleni heyətinə qatmağı planlaşdırır.

La Liqa klubu müdafiəçinin “Bavariya” ilə müqaviləsinin bitməsini gözləyir. “Barselona” futbolçunu yayda azad agent kimi ələ keçirməkdə maraqlıdır.

Maliyyə çətinlikləri olan Kataloniya klubu təcrübəli arxa xətt oyunçusunu xərcə düşmədən heyətinə qatmaq niyyətindədir. “Bavariya”da qalmayacağını qətiləşdirən Niklas isə daha çox İngiltərə Premyer Liqasında oynamaq arzusundadır.

Qeyd edək ki, müdafiəçi 2017-ci ildən “Bavariya”da çıxış edir.