13:54 14-01-2022
news_image
117
FUTBOL

Ən bahalı transferlər – FİFA açıqladı

2021-ci ilin ən bahalı transferlərinin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, FİFA-nın hesabatına əsasən ən çox xərc çəkilən 10 keçid bəlli olub.

Qurum məbləğləri açıqlamayıb. Siyahının ilk sırasında Romelu Lukakunun keçidi yer alıb.

1. Romelu Lukaku (“İnter” / “Çelsi”);
2. Ceydon Sanço (“Borussiya” Dortmund / “Mançester Yunayted”);
3. Əşrəf Hakimi (“İnter” / PSJ);
4. Rafael Varan (“Real” / “Mançester Yunayted”);
5. Temmi Abraham (“Çelsi” / “Roma”);
6. İbrahima Konate (“Leypsiq” / “Liverpul”);
7. Martin Edeqor (“Real” / “Arsenal”);
8. Amad Diallo (“Atalanta” / “Mançester Yunayted”);
9. Eduardo Kamavinqa (“Renn” / “Real”);
10. Brayan Xil (“Sevilya” / “Tottenhem”).

Qeyd edək ki, bu 10 transferə il ərzində oyunçu keçidlərinə xərclənən vəsaitin 15 faizi sərf olunub.