15:57 14-01-2022
news_image
70
FUTBOL

37 aydan sonra ən yaxşı seçildi

İngiltərə Premyer Liqasında ayın futbolçusu bəlli olub.

Apasport.az saytının məlumatına görə, dekabrın ən yaxşısı adına Rahim Sterlinq layiq görülüb.

“Mançester Siti”nin vingeri ötən ay 5 qol və bir assistə imza atıb. O, bu qollardan ikisini penaltidən vurub. Sterlinq ay ərzində 5 matçda iştirak edib. O, daha iki görüşdə ehtiyatda qalıb.

Qeyd edək ki, Sterlinq üçüncü dəfə bu mükafatı alır. O, sonuncu dəfə 37 ay öncə - 2018-ci ilin noyabrında ən yaxşı seçilib.