18:00 06-02-2022
news_image
267
OLİMPİADA

Fiqurlu konkisürənlərimizin çempionluq şansı açıqlandı – Olimpiadada

Pekin 2022 Qış Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarının çempionluq şansları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları fiqurlu konkisürənlərimizi fərdi yarışlarda favoritlər sırasında görmür.

Kişilərin mübarizəsində buz üzərinə çıxacaq Vladimir Litvintsev aşkar autsayderdir. O, 20 iştirakçı arasında ən aşağı əmsala şərikdir. 19-20-ci yerləri bölüşən bayraqdarımızın çempionluq əmsalı 250-dir.

Qadınların yarışında 22 iştirakçının əmsalı bəlli olub. Yekaterina Ryabova da komanda yoldaşı kimi 250 əmsala malikdir. O, bu göstəricidə 17-18-ci yerləri bölüşür.

Qeyd edək ki, kişilərdə Neytan Çen (ABŞ) 1,35, qadınlarda Kamilla Valiyeva (Rusiya) 1,15 əmsalla yarışın əsas favoritidir.