16:40 14-02-2022
news_image
309
OLİMPİADA

Pekin-2022: Azərbaycan idmançısı üçün yeni reqlament

Pekin-2022 Qış Olimpiya Oyunlarında qadın fiqurlu konkisürənlərin yarışının reqlamenti dəyişdirilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Yekaterina Ryabovanın da qatılacağı yarışın sərbəst proqramında 24 deyil, 25 iştirakçı qatıla bilər.

Buna Beynəlxalq Konkisürmə İttifaqı (İSU) qərar verib. Qurum Beynəlxalq Olimpiya Komitəsinin (BOK) müvafiq çağırışına müsbət cavab verib. Belə addım atılmasına dopinq qalmaqalı səbəb olub.

Reqlamentə əsasən, sabah keçiriləcək qısa proqramda ən yaxşı nəticə göstərən 24 idmançı iki gün sonra yenidən buz üzərinə çıxmalı idi. Amma yenilikdən sonra dopinq testi müsbət nəticələnən Kamila Valiyeva “24-lük”də yer alsa, bu rəqəm 25-ə çatdırılacaq. Yarışın əsas favoriti olan rusiyalıdan əlavə 24 konkisürən medallar uğrunda mübarizəni davam etdirəcək. Əgər Kamila medalçılar sırasında düşsə, mükafatlandırma mərasimi təşkil olunmayacaq.

Qeyd edək ki, yarışda 30 idmançı mübarizəyə başlayacaq.