17:38 15-02-2022
news_image
360
OLİMPİADA

Pekin-2022: Azərbaycan idmançısı ilk çıxışını bitirdi

Pekin-2022 Qış Olimpiya Oyunlarında qadın fiqurlu konkisürənlər mübarizəyə başlayıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin təmsilçisi Yekaterina Ryabova da buz üzərinə çıxıb.

O, qısa proqramda 30 iştirakçı arasında 24-cü sıra nömrəsi ilə çıxış edib. Yekaterinanın nümayiş etdirdiyi proqram 61,82 balla qiymətləndirilib.

İdmançımız çıxışını başa vuran 24 idmançı arasında 10-cu olub. Bu, Ryabovaya iki gündən sonra keçiriləcək sərbəst proqramda iştirak hüququ verib.

Qeyd edək ki, qısa proqramda ən yaxşı nəticə göstərən 24 iştirakçı sərbəst çıxışda qüvvəsini sınayacaq. Dopinq qalmaqalı yaşayan rusiyalı Kamila Valiyeva bu “24-lüy”ə düşsə, 25-ci yerin sahibi də bu hüququ qazanacaq. İştirakçılar sərbəst proqramda qısa çıxış zamanı tutduqların yerin əksinə uyğun şəkildə buz üzərinə çıxacaq.