Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə
Çinin paytaxtı Pekində keçirilən XXIV Qış Olimpiya Oyunları ötən həftə başa çatıb.
Apasport.az saytının məlumatına görə, yarışda dünyanın 91 ölkəsindən olan idmançılar qüvvəsini sınayıb.
Onlar 109 dəst medal uğrunda mübarizə aparıblar. İştirakçı ölkələrdən yalnız 29-u aktivinə medal yazdıra bilib.
Həzz almaq məqsədi
Çinin paytaxtını mükafatsız tərk edən 62 ölkədən biri də Azərbaycan olub. “Ağ Olimpiadalar”da 1998-ci ildə debüt edən ölkəmiz üçün yarış həmişəki kimi Olimpiya devizi ilə keçib. Təmsilçilərimiz “Əsas iştirakdır” prinsipi ilə ikinci “onluq”da yer alıb.
Fiqurlu konkisürənimiz Yekaterina Ryabovanın dediyi kimi “əsas məqsəd həzz almaq” olub. İki idmançı ilə Çinə yollanan millimizi Yekaterina və Vladimir Litvintsev təmsil ediblər.
Fiqurlu konkisürənlərimizin nəticələri fərqli olmayıb. Vladimir 18-ci, Yekaterina 15-ci olub. O, Qış Olimpiadalarında fərqi yarışlarda ən yüksək yer tutan təmsilçimiz kimi tarixə düşüb. Yalnız Yuliya Zlobina/Aleksey Sitnikov dueti daha yaxşı nəticəyə malikdir – XII yer.
Azərbaycan idmançılarının Qış Olimpiya Oyunlarında göstəriciləri
Naqano-1998 Qış Olimpiya Oyunları
İqor Paşkeviç (fiqurlu konkisürmə, kişilər) – 16-cı yer
Yuliya Vorobyova (fiqurlu konkisürmə, qadınlar) – 16-cı yer
İnqa Rodionova/Aleksandr Amiçenko (fiqurlu konkisürmə, cütlər) – 18-ci yer
Solt-Leyk-Siti-2002 Qış Olimpiya Oyunları
Elbrus İsakov (dağ xizəyi, kişilər, slalom) – finişə çatmayıb
Sergey Rılov (fiqurlu konkisürmə, kişilər) – 24-cü yer
Kristin Freyzer/İqor Lukanin (fiqurlu konkisürmə, rəqslər) – 17-ci yer
Turin-2006 Qış Olimpiya Oyunları
Kristin Freyzer/İqor Lukanin (fiqurlu konkisürmə, rəqslər) – 19-cu yer
Vankuver-2010 Qış Olimpiya Oyunları
Jedri Notz (dağ xizəyi, kişilər, slalom) – finişə çatmayıb
Jedri Notz (dağ xizəyi, kişilər, nəhəng slalom) – 72-ci yer
Qaya Bassani Antivari (dağ xizəyi, qadınlar, slalom) – finişə çatmayıb
Qaya Bassani Antivari (dağ xizəyi, qadınlar, nəhəng slalom) – 57-ci yer
Soçi-2014 Qış Olimpiya Oyunları
Qaya Bassani Antivari (dağ xizəyi, qadınlar, slalom) – start xəttinə çıxmayıb
Patrik Braxner (dağ xizəyi, kişilər, slalom) – finişə çatmayıb
Patrik Braxner (dağ xizəyi, kişilər, nəhəng slalom) – 53-cü yer
Yuliya Zlobina/Aleksey Sitnikov (fiqurlu konkisürmə, rəqslər) – 12-ci yer
Pxençxon-2018 Qış Olimpiya Oyunları
Patrik Braxner (dağ xizəyi, kişilər, slalom) – finişə çatmayıb
Pekin-2022 Qış Olimpiya Oyunları
Yekaterina Ryabova (fiqurlu konkisürmə, qadınlar) – 15-ci yer
Vladimir Litvintsev (fiqurlu konkisürmə, kişilər) – 18-ci yer
Norveçdən təsdiq
Ölkələrin medal sıralamasına gəlincə, Norveç favorit olduğunu təsdiqləyib. Qızıl medal sayında Olimpiadaların yeni rekorduna imza atan skandinaviyalılar həm çempionluq, həm ümumi mükafat sayında hamını qabaqlayıb.
Almaniyanın ikinci olduğu siyahıda meydan sahibləri də “üçlıüy”ə düşüb. Ümumiyyətlə 29 medal qazanan ölkələrin 22-si Avropanı təmsil edib. Asiyanın üç, Şimali Amerikanın iki, Okeaniyanın da iki yığması medal sevinci yaşayıb.
yer |
Ölkə |
Q |
G |
B |
C |
1 |
Norveç |
16 |
8 |
13 |
37 |
2 |
Almaniya |
12 |
10 |
5 |
27 |
3 |
Çin |
9 |
4 |
2 |
15 |
4 |
ABŞ |
8 |
10 |
7 |
25 |
5 |
İsveç |
8 |
5 |
5 |
18 |
6 |
Niderland |
8 |
5 |
4 |
17 |
7 |
Avstriya |
7 |
7 |
4 |
18 |
8 |
İsveçrə |
7 |
2 |
5 |
14 |
9 |
Rusiya OK |
6 |
12 |
14 |
32 |
10 |
Fransa |
5 |
7 |
2 |
14 |
11 |
Kanada |
4 |
8 |
14 |
26 |
12 |
Yaponiya |
3 |
6 |
9 |
18 |
13 |
İtaliya |
2 |
7 |
8 |
17 |
14 |
Cənubi Koreya |
2 |
5 |
2 |
9 |
15 |
Sloveniya |
2 |
3 |
2 |
7 |
16 |
Finlandiya |
2 |
2 |
4 |
8 |
17 |
Yeni Zelandiya |
2 |
1 |
0 |
3 |
18 |
Avstraliya |
1 |
2 |
1 |
4 |
19 |
Böyük Britaniya |
1 |
1 |
0 |
2 |
20 |
Macarıstan |
1 |
0 |
2 |
3 |
21 |
Belçika |
1 |
0 |
1 |
2 |
21 |
Çexiya |
1 |
0 |
1 |
2 |
21 |
Slovakiya |
1 |
0 |
1 |
2 |
24 |
Belarus |
0 |
2 |
0 |
2 |
25 |
İspaniya |
0 |
1 |
0 |
1 |
25 |
Ukrayna |
0 |
1 |
0 |
1 |
27 |
Estoniya |
0 |
0 |
1 |
1 |
27 |
Latviya |
0 |
0 |
1 |
1 |
27 |
Polşa |
0 |
0 |
1 |
1 |
|
Cəmi |
109 |
109 |
109 |
327 |
Çin tarixə düşdü
Norveçin medal sayında 1-ci olmasında təəccüblü nə isə axtarmağa dəyməz. Skandinaviyalılar artıq 9-cu dəfədir “Ağ Olimpiada”nın qalibi olurlar. Bu, yeni rekorddur. Norveçlilər ümumilikdə 15 dəfə üç ən yaxşı arasında olub.
Hamıdan çox – 5-ci dəfə ikinci olan Almaniyanın da mövqeyi gözləniləndir. Uzun illər ADR-in də lider rollarında olduğunu nəzərə alsaq, almaniyalılar da Qış Oyunlarına öz damğasını vurub.
Çin isə Olimpiadalar tarixinə düşüb. Onlar qışda ilk “üçlüy”ə düşən ilk Asiya ölkəsi olub.
Ümumiyyətlə, SSRİ, MDB və Rusiya, həmçinin ADR və Almaniya fərqli ölkələr sayılsa, 14 yığma Olimpiadaların yekununda “Top-3”də yer alıb. Onlardan yalnız 8-i ən yaxşı olmağı bacarıb.
I. Şamoni-1924 (Fransa)
1. Norveç
2. Finlandiya
3. Avstriya
II. Sankt-Moris-1928 (İsveçrə)
1. Norveç
2. ABŞ
3. İsveç
III. Leyk-Plesid-1932 (ABŞ)
1. ABŞ
2. Norveç
3. İsveç
IV. Qarmiş-Partenkirxen-1936 (Almaniya)
1. Norveç
2. Almaniya
3. İsveç
V. Sankt-Moris-1948 (İsveçrə)
1-2. Norveç
1-2. İsveç
3. İsveçrə
VI. Oslo-1952 (Norveç)
1. Norveç
2. ABŞ
3. Finlandiya
VII. Kortina dampetso-1956 (İtaliya)
1. SSRİ
2. Avstriya
3. Finlandiya
VIII. Skvo-Velli-1960 (ABŞ)
1. SSRİ
2. ABŞ
3. ADR
IX. İnnsbruk-1964 (Avstriya)
1. SSRİ
2. Avstriya
3. Norveç
X. Qrenobl-1968 (Fransa)
1. Norveç
2. SSRİ
3. Fransa
XI. Sapporo-1972 (Yaponiya)
1. SSRİ
2. ADR
3. İsveçrə
XII. İnnsburk-1976 (Avstriya)
1. SSRİ
2. ADR
3. ABŞ
XIII. Leyk-Plesid-1980 (ABŞ)
1. SSRİ
2. ADR
3. ABŞ
XIV. Sarayevo-1984 (Bosniya və
Herseqovina)
1. ADR
2. SSRİ
3. ABŞ
XV. Kalqari-1988 (Kanada)
1. SSRİ
2. ADR
3. İsveçrə
XVI. Albervill-1992 (Fransa)
1. Almaniya
2. MDB
3. Norveç
XVII. Lillehammer-1994 (Norveç)
1. Rusiya
2. Norveç
3. Almaniya
XVIII. Naqano-1998 (Yapniya)
1. Almaniya
2. Norveç
3. Rusiya
XIX. Solt-Leyk-Siti-2002 (ABŞ)
1. Norveç
2. Almaniya
3. ABŞ
XX. Turin-2006 (İtaliya)
1. Almaniya
2. ABŞ
3. Avstriya
XXI. Vankuver-2010 (Kanada)
1. Kanada
2. Almaniya
3. ABŞ
XXII. Soçi-2014 (Rusiya)
1. Rusiya
2. Norveç
3. Kanada
XXIII. Pxençxan-2018 (Cənubi Koreya)
1. Norveç
2. Almaniya
3. Kanada
XXIV. Pekin-2022 (Çin)
1. Norveç
2. Almaniya
3. Çin
Vüqar Xeyrullayev
MEDİA-nın maliyyə yardımı ilə dərc olunur