13:19 22-02-2022
news_image
1003
DİGƏR NÖVLƏR

Rüsvayçılıq: Fahişəxana kimi istifadə edilən kompleksin direktoru işdən çıxarıldı – VİDEO

Yardımlı İdman Kompleksindən rüsvayçı görüntülər yayılıb. Kadrlarda kompleksin binasından fahişəxana kimi istifadə edildiyi görünür. 

Apasport.az “oxu.az”a istinadən xəbər verir ki, kompleksin rəhbərliyi gecələr bura yüngül əxlaqlı qadınların gətirilməsinə göz yumub. 

Bu səbəbdən Yardımlı İdman Kompleksinin direktoru Talıbov Natiq Məmməd oğlu işdən çıxarılıb. 

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Qabil Mehdiyevin açıqlamasına görə, direktor bu ayın əvvəlində öz şəxsi ərizəsi ilə işdən çıxıb. Hazırda nazirlik bu kompleksə direktor vəzifəsinə vakansiya elan edib. Bunun üçün 50 yaşadək olan namizədlərdən idman sahəsində 2 il olmaqla ümumilikdə 6 il iş stajı tələb olunur.

Qeyd edək ki, Yardımlı İdman Kompleksi Gənclər və İdman Nazirliyinin sifarişi ilə tikilib. Tikintisinə 2013-cü ilin iyunundan başlanılan kompleks 2020-ci il iyunun 18-dən istifadəyə verilib. Ümumi sahəsi 5 958 kvadratmetr olan kompleks ərazisində mini futbol, voleybol, basketbol meydançaları ilə yanaşı, istirahət otaqları, sauna, hovuz da fəaliyyət göstərir.