16:57 02-03-2022
news_image
319
STOLÜSTÜ OYUNLAR

Dünya çempionatını təxirə saldı - FIDE

Beynəlxalq Şahmat Federasiyası (FIDE) komandalararası dünya çempionatını təxirə salıb.

Apasport.az saytı xəbər verir ki, İsraildə keçirilməli olan turnir apreldə yox, noyabrda baş tutacaq.

Buna səbəb Rusiya və Ukrayna arasında davam edən hərbi gərginlik ucbatından Ukrayna millisinin işirakının təmin olunmaması və rusiyalıların çempionata buraxılmamasıdır. Həmçinin digər bir neçə komanda da iştirakını təsdiqləməyib.

FIDE tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.