09:23 07-04-2022
news_image
147
STOLÜSTÜ OYUNLAR

4 şahmatçımız Dünya Kubokuna vəsiqə qazandı

Sloveniyada şahmatçılar arasında şəxsi Avropa çempionatı başa çatıb. 

Apasport.az saytının məlumatına görə, qitə birinciliyində şahmatçılarımızdan ən yaxşı nəticəni Vasif Durarbəyli göstərib. 

11 turdan 8 xal toplayan şahmatçımız yekun sıralamada 3-8-ci yerləri bölüşüb. Digər təmsilçilərimizdən hərəyə 7,5 xal toplayan Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Qədir Hüseynov müvafiq olaraq 9-11-ci yerlərdə, Nicat Abasov isə 26-cı pillədə qərarlaşıb.

Yarışın qalibi 8,5 xalla almaniyalı Matias Blubaum olub.

Qitə birinciliyinin nəticələrinə əsasən, ilk 20-likdə qərarlaşan şahmatçılar o cümlədən təmsilçilərimiz Vasif Durarbəyli, Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov və Qədir Hüseynov 2023-cü ildə keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıb.