12:49 15-04-2022
news_image
257
TOP OYUNLARI

Azərbaycan çempionatında son oyunların vaxtı açıqlandı

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 2021/2022 mövsümünün başa çatacağı tarix dəqiqləşib. 

Apasport.az saytının məlumatına görə, 4 dövrəlik mübarizədə 4 klubun iştirakı ilə təşkil olunan yarışda son oyunlar aprelin 16-da baş tutacaq. 

Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək XII turun ilk matçında “Abşeron” və “Murov”la üz-üzə gələcək. Liderlərin görüşünün start fiti saat 14:00-da veriləcək.

Turun və mövsümün son qarşılaşmasında isə “Azərreyl” UNEC-i sınağa çəkəcək. Bu oyun isə saat 16:00-da başlayacaq.