14:48 17-04-2022
news_image
248
TOP OYUNLARI

“Neftçi” üçün “Ekspress” sınağı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun oyunlarının vaxtı dəqiqləşib. 

Apasport.az saytının məlumatına görə, XIX turun görüşləri aprelin 18-də baş tutacaq. 

Günün ilk qarşılaşması saat 15:00-da “Sərhədçi” və “Murov” komandaları arasında olacaq. Bu matçdan 2 saat sonra “Neftçi” - “Ekspress” oyununa start veriləcək.

Hər iki matç “Murov” Voleybol Klubunun idman zalın təşkil olunacaq.